"Suriyanın şimalında Rusiya ilə birlikdə həyata keçirdiyimiz patrul xidməti genişləndirilə bilər".
Demokrat.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
O söyləyib ki, Moskvada keçirilən üçtərəfli görüşdə həm Rusiya, həm də Suriya nümayəndələrinə Türkiyənin qətiyyətli mövqeyi çatdırılıb: “Danışıqlarımız davam edəcək. Ümid edirik ki, proses müsbət istiqamətdə inkişaf edəcək. Moskvada mövqeyimiz ölkəmizin, millətimizin maraqlarını müdafiə etməkdən ibarət idi".


