Ərdoğan Azərbaycan xalqını belə təbrik etdi – FOTO

SİYASƏT 29 may 2019, 09:15

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulmasının 101-ci ildönümü münasibətilə təbrik yazıb.

 

Demokrat.Az  xəbər verir ki, Ərdoğan sosial şəbəkələrdə yazdığı təbrikdə Azərbaycan xalqını və prezident İlham Əliyevi təbrik edib.

 

"Azərbaycan Cumhuriyyətinin yaranmasının 101-ci il dönümünu səmimi arzularımla təbrik edirəm. Dost və qardaş Azərbaycan xalqına və Prezident İlham Əliyev qardaşıma öz adımdan və millətim adından sevgi və salamlarımı çatdırıram", - deyə Ərdoğan bildirib.

 

Türkiyə rəhbəri təbrikini "Twitter" səhifəsində Azərbaycan və Türk dillərində paylaşıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top