Siyasət Özəl

“Vardanyanın söylədikləri erməni separatçılarının son çırpıntılarıdır” — Partiya sədri

“Vardanyanın söylədikləri erməni separatçılarının son çırpıntılarıdır” — Partiya sədri

"Ruben Vardanyan Xankəndidə bundan əvvəl də dəfələrlə zorakı mitinqlər təşkil edib".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib. Partiya sədri əlavə edib ki, bununla da dünya birliyinə "Qarabağ erməniləri Azərbaycan tərkibində yaşamaq istəmir" mesajını verməyə cəhd göstərirlər:

"Həmin mitinqdə Ruben Vardanyanın söylədikləri erməni separatçılarının son çırpıntılarıdır. "Biz döyüşmək yolunu seçirik" deyir, Ruben Vardanyan. Təbii ki, o başa düşür ki, Azərbaycanla müharibə etmək potensialı nə Qarabağ ermənilərində, nə də bütövlükdə dünya ermənilərində var. Sonuncu müharibə də göstərdi ki, əgər 10 min erməni Azərbaycan əsgərinin qarşısında qaçıb fərarilik elədisə, yeni müharibə yenidən olsa, fərarilərin sayı 2-3 dəfə artacaq. Məlum olacaq ki, ermənilər dünyanın ən qorxaq millətidir. Buna görə də, onlar Azərbaycana qarşı müharibə barədə düşünmürlər və buna cəsarət edə bilməzlər. Zavallı erməniləri indiyə qədər inandırıblar ki, onlar Azərbaycan tərkibində qalmayacaqlar və Vardanyan kimiləri də bunu təmin etməyə qadirdir. İndi geri çəkilmək yolları da yoxdur. Təbii ki, biz bunları gözləyirdik və Azərbaycanın planında heç bir dəyişiklik etməyə də ehtiyac yoxdur. Planlar çoxdan məlumdur. Azərbaycan rəhbərinin ermənilərin hər təxribatına cavabı əvvəlcədən məlumdur. Azərbaycan addım-addım öz suverenliyini Qarabağda təmin etmək istiqamətində fəaliyyətini bundan sonra da davam etdirəcək. Bu mitinqlər bu qətiyyətə, inama heç bir təsir göstərə bilməz. Yeri gəlmişkən, ermənilərə belə bir vəd verilmişdi ki, artıq yol tamamilə açılacaq və Azərbaycan vətənpərvərlərinin aksiyası başa çatacaq. Onların dedikləri olmadı və bundan sonra da onların dedikləri olmayacaq. Hər şey Azərbaycanın nəzərdə tutduğu plan üzrə davam edir. Son nəticədə Azərbaycanın bütün ərazisində, o cümlədən Qarabağın ermənilər yaşadıqları ərazidə də Azərbaycanın suverenliyi təmin olunacaq".

Aynurə Demokrat.az

D
demokrat.az