Siyasət Özəl

“Rusiya Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasında maraqlı deyil”

“Rusiya Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasında maraqlı deyil”

“Bir il öncə Moskvada beş ölkənin xarici işlər nazirinin iştirakı ilə görüş keçirildi. O zaman altılıq platformasında hər hansı bir irəliləyiş olmadı”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi şərhçi Oqtay Qasımov Ceyhun Bayramovun altılıq platforması ilə bağlı fikirlərini şərh edərkən deyib. Politoloq qeyd edib ki, bu platformanı irəli sürərkən Azərbaycan və Türkiyə Güney Qafqazda sülhün və təhlükəsizliyin, əməkdaşlıq mühitinin bərqərar olmasında maraqlı olduqlarını nümayiş etdirdilər:

“Rusiya Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasında maraqlı deyil”
“Təəssüf ki, regionun digər ölkələri, xüsusilə də, Ermənistan-İran bu prosesə müsbət yanaşmırlar. Bölgədə sülhün və sabitliyin bərqərar olmasında maraqlı olmadıqlarını nümayiş etdirdilər. O cümlədən Rusiyanın da davranışları onu deməyə əsas verir ki, Rusiya da Azərbaycan və Ermənistan arasında sülh və əmin-amanlığın bərqərar olmasında maraqlı deyil. Bölgədə özünün nəzarəti altında bir gərginliyin qalmasında, münaqişənin davam etməsində maraqlıdır. Bu yöndə baxdığımızda “3+3” platforması əlbəttə ki, reallaşa bilsəydi, tərəflər səmimi şəkildə əməkdaşlıqda maraqlı olsaydılar, bunun faydası ola bilərdi. Düşünürəm ki, hələlik yaxın dövr üçün bu platformanın reallaşacağı mümkün deyil. Hələlik, o səmərəli bir formata çevrilə bilməyəcək. Ən azından o baxımdan ki, bu formatda iki ölkə açıq şəkildə Azərbaycana qarşı düşmənçilik edir. Ermənistanda revanşist əhval-ruhiyyə kifayət qədər güclənib və Azərbaycanla sülh müqaviləsini imzalamaqdan yayınırlar. Ümumiyyətlə, sülh prosesini əngəlləyirlər.

Digər ölkə İran özünün Azərbaycana qarşı açıq düşmənçiliyini sərgiləyir və hər yönü ilə Ermənistanı dəstəkləyir. Həm hərbi, həm siyasi, həm iqtisadi, yəni bütün parametrləri ilə dəstək nümayiş etdirir. O baxımdan, yaxın dövr üçün, ən azı 2023-cü il üçün bu formatın səmərəli və işlək format olacağına inanmıram”.

Aynurə Demokrat.az

D
demokrat.az