Gürcüstan Prezidenti: “Ümid edirəm ki, sərhəd məsələsində Azərbaycanla maraqlarımıza uyğun nəticə əldə olunacaq”

SİYASƏT 26 may 2019, 20:49

"Hamıya aydındır ki, dövlətin müstəqilliyi sərhədlərsiz qoruna bilməz. Buna görə də dost ölkələrə səfərlərim zamanı sərhədlərin delimitasiyası məsələsini qaldırdım”.

 

Demokrat.Az  "Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili Müstəqillik gününə həsr olunmuş tədbirdə çıxışında bildirib.

 

O deyib ki, sərhədlərin delimitasiyası işini yekunlaşdırmaq lazımdır: "Bu problemi həll etmək lazımdır. Bizim mehriban qonşuluq münasibətlərimizə və bölgədə sabitliyə heç nə mane olmamalıdır”.

 

S.Zurabişvili Gürcüstan və Azərbaycan arasında sərhədlə bağlı komissiyanın fəaliyyətinin bərpasını alqışladığını qeyd edib: "Ümid edirəm ki, yaxın gələcəkdə dövlətin maraqlarına uyğun müvafiq nəticə əldə olunacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top