Laçın yolunda vətəndaş cəmiyyəti insitutlarının Azərbaycan sərvətlərinin talanmasına, ekoloji və mina terroruna qarşı etiraz aksiyası davam edir.
Qışın soyuğuna və sərt hava şəraitinə rəğmən, etirazçılar geri çəkilmir və Rusiya sülhməramlı kontingentindən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyi tələb edirlər.
Siyasətdə mənəvi məsuliyyət deyilən anlayış var. 44 günlük vətən müharibəsi dövründə biz bunun təzahürlərini aydın gördük. Siyasi mövqe və baxışlarından asılı olmayaraq, soydaşlarımız birlik və həmrəylik nümayiş etdirdilər.
Bu gün də düşməni dəstəkləyən, ölkəmizi zəif görmək istəyən qüvvələr iş başındadır. Bu cür həssas məqamda "Bəxtiyar Hacıyevə azadlıq" tələbi ilə keçirilən aksiya əslində diqqəti əsas hədəfdən yayındırmağa hesablanıb.
Bəzi müxalifət fəallarının ermənilərlə birlikdə sülh çağırışı səsləndirməsindən sonra bu heç də təsadüfə bənzəmir. Rusiya və Ermənistana qarşı etiraza qalxmırsınız, heç olmasa bu arada "suyu bulandırmayın".
Azər Niftiyev Demokrat.az


