Dünya Özəl

Kiyevdə yerüstü elektrik nəqliyyatının işi dayandı

Kiyevdə yerüstü elektrik nəqliyyatının işi dayandı

Kiyev hakimiyyəti yerüstü elektrik nəqliyyatının - tramvay və trolleybusların işini dayandırmaq qərarına gəlib.

Demokrat.az Ukrayna mətbuatına istinadən xəbər verir ki,qərarelektrik enerjisinin çatışmazlığı ilə bağlıdır .

BubarədəKiyev meri Vitali Kliçko bildirib ki, avtobuslar artıq yerüstü elektrik nəqliyyatının bütün marşrutları üzrə hərəkət edəcək.

"Kiyevlilərin tramvay və trolleybusların hərəkət etdiyi marşrutlarda daşınmasını təmin etmək üçün 222 avtobus yola düşüb. Bunlar trolleybusları əvəz edən əlavə 38 avtobus marşrutudur. 17 isə tramvayları əvəz etmək üçündür", - o deyib.

Kiyevdə bütün metro xətlərində isə hərəkət bərpa edilib

Bildirilib ki, Kiyev metrosu pik saatlarda qatarların hərəkət intervalını azaldacaq.

Leyla Demokrat.az

NE
Nihadə Eyyubova