Gündəm

Azərbaycan Serbiya münasibətləri möhkəmlənir - Deputat

Azərbaycan Serbiya münasibətləri möhkəmlənir - Deputat

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xarici ölkələrə hər bir səfəri dövlətlər arasında əməkdaşlığın möhkəmləndirilməsi üçün yeni uğurlu perspektivlərə yol açır və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlir. Azərbaycan - Serbiya görüşləri, danışıqları bu baxımdan xarakterikdir. Azərbaycan Prezidenti bir ay bundan əvvəl Serbiya Respublikasına səfər etmiş, səmərəli görüşlər keçirilmiş, hər iki dövlətin milli maraqlarına xidmət edən sənədlər imzalanmışdır. Səfər zamanı Serbiya Prezidenti Aleksandar Vuçiçin ölkəmizin inkişafı, dövlətimizin rəhbəri, əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyəti haqqında söylədiyi səmimi sözlər hər birimizin yadındadır və uğurlarımıza verilən bu qiymət dəyərlidir. İndi isə cənab Aleksandar Vuçiç Azərbaycana gəlmişdir. Bu xoşməramlı səfərdir və gələcək uğurlarımızdan xəbər verir. Serbiyada və Azərbaycanda imzalanmış mühüm sənədlər hər iki ölkənin inkişafı, xalqların birliyi və rifahı üçün əhəmiyyətlidir. Azərbaycan Prezidenti öz çıxışında bildirmişdir ki, Serbiya və Azərbaycan strateji tərəfdaşdılar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanmışdır. Biz hər zaman bir - birimizin ərazi bütövlüyünün və suverenliyini dəstəkləmişik və bu siyasət dəyişməz olaraq qalacaq. İki ölkə arasında genişlənən ticarət, nəqliyyat - loqistika qaz, elektrik enerjisi, müdafiə sənayesi əlaqələri sözsüz ki, perspektivlər üçün imkanlar yaradır. Azərbaycan - Serbiya münasibətlərinə yeni məna verir. Beynəlxalq normalara əsaslanan əməkdaşlıq uğurları əlbəttə ki, dövlətlərimizlə bərabər, dünyada sülhün, əminamanlığın, inkişafın təmin edilməsi üçün vacibdir və bu təcavüzün, müharibələrin qarşısının alınmasına zəmanət yaradır. Azərbaycan sülh, əminamanlıq, münasibətlərin yaxşılaşdırılması yoluna sadiqdir və bu yol dövlətimizi, xalqımızı sözsüz aydın, düşünülmüş məqsədlərinə çatacaqdır. Tahir Rzayev Milli Məclisin Aqrar siyasətkomitəsinin sədri

D
demokrat.az