Siyasət Özəl

“İran Azərbaycana qarşı döyüşmək üçün Ermənistanı silahlandırır” — AÇIQLAMA

“İran Azərbaycana qarşı döyüşmək üçün Ermənistanı silahlandırır” — AÇIQLAMA

"Qarabağ ətrafında gərginlik artıqdca düyünün çözülməsi mürəkkəbləşir".

Bu sözləri Demokrat.az-a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndi deyib.

O qeyd edib ki, hazırda Ermənistan çox gedişli variantlarla gərginliyi artırmaq istiqamətində iş aparır:

"İran və Fransanın aktiv şəkildə prorseslərə müdaxiləsi vəziyyəti bir qədər də gərginləşdirib. İranın bizə qarşı Ermənistana və Ukraynaya qarşı Rusiyaya böyük partiyalarla silah, sursat və insansız döyüş təyyarələri verməsi təhlükəli vəziyyət yaradır. Bu, Ermənistana 3-cü Qarabağ müharibəsinə şirnikdirməkdir. Fransa prezidenti Makronun beynəlxalq müstəvidə Azərbaycan təzyiq etməsi, dəfələrlə BMT təhlükəsizlik Şurasında əleyhimizə qətnamələr qəbul etdirməyə çalışması və nəhayət sonuncu dəfə buna nail olması işlərimizi çətinləşdirir və qayğılarımızı artırır".

Analitik qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının bu günlərdə qəbul etdiyi bədnam qətnamədə yalnız erməni əhalinin hüquqları yer almışdır:

"Birinci Qarabağ savaşı zamanı BMT təhlükəsizlik şurası məlum 4 qətnamə ilə işğalçıların qeyd- şərtsiz torpaqlarımızdan çıxmasını tələb etmişdisə sonuncu münasibət bizi bir qədər ehtiyatlı olmağa məcbur etməlidir. Bu istiqamətdə QHT-lərimiz fəallıq aparmalıdır. QHT-lər sanki hadisələr arxasınca gedir. Siyasi texnoloqlarımız vəziyyəti bəzən düzgün dəyərləndirmirlər. Hazırda Laçın dəhlizin açılması ilə bağlı böyük beynəlxalq təzyiqlə üzləşmişik. Hərçənd, Azərbaycan tərəfi dəhlizi bağlamadığımızı faktlarla təsdiq etsə də, görünür bu təzyqiləri edənlərin dəhliz vasitəsilə qadağan olunmuş avadanlıq və sursat daşımaq niyyətləri var. Məlumdur ki, biz buna imkan verməmək üçün çalışmalıyıq. Bizim əsas məqsədimiz və hədəfimiz bu basqılara davam gətirməkdir. Təzyiqlər qarşısında geri çəkilməsək bizim üçün Qarabağa tam nəzarət etmək perspektivləri açılacaq. Rus sülhməramlılar hələ ki, ehtiyatlı davranırlar.

Rusiya 10 noyabr sazişinin bəndlərinin altında imzası olan dövlət olaraq razılaşmanın tələblərinin yerinə yetirilməsində öhdəliyi var. Bölgədə bütün kommunikasiyaların açılması Rusiyanın maraqlarına tam olaraq xidmət edir. Sabah Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü planlaşdırılsa da, məlumatlara görə Mirzoyan görüşdən imtina etmişdir. Ceyhun Mirzəyev Lavrovla görüşəcək. Azərbaycan pezidentinin dekabr ayının sonlarında Rusiyaya səfəri gözlənilir. Bu səfər zamanı Putinlə Laçın yolunun üzərində dövlətlər sərhəd xidmətinin və gömrük postunun yaradılması, eləcə də siyasi fırıldaqçı Vardanyanın fəaliyyətinin məhdudlaşdırılması mövzunun predmeti olması ehtimalı çox böyükdür. Ekoaktivistlərin ilk günlərdəki fəaliyyəti zamanı general Volkov gömrük postunun yaradılacağı anonsunu versə də, bu məsələ sanki arxa plana keçib.

Hesab edirəm ki, bu gün bizim fəaliyyətimizin əsas istiqaməti dəhlizə tam nəzarəti ələ keçirməkdir. Qarabağ düyünün tam açılması sərhədlərin demarkasiyası və delimitasiyasından keçir".

Aynurə Demokrat.az

D
demokrat.az