"Vasif Talıbovun Naxçıvan Ali Məclisinin sədri vəzifəsindən istefa verməsi gözlənilən idi".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Daha sonra deputat bildirib: "Hesab edirəm ki, Vasif Talıbovun istefası Naxçıvanın həyatında yeni səhifə açacaqdır. Çünki ölkəmizdə keçirən islahatların Naxçıvanda da dərinləşməsi vacib idi. Naxçıvanda korrupsiyaya qarşı tədbirlər və struktur islahatları davam etdirilir. Bu da naxçıvanlıların müəyyən süni məhdudiyyətlərdən azad olunmasına və həyat şəraitinin yaxşılaşmasına xidmət edəcəkdir".
Aynurə Demokrat.az


