İstanbulda radikal təşkilatlarla əlaqədə şübhəli bilinən 11 nəfər saxlanılıb .
Demokrat.az xəbər verir ki, İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsi tərəfindən DEAŞ, Əl-Qaidə və Heyət Təhrir əş-Şam (HTŞ) kimi dindən sui-istifadə edən terror təşkilatlarınin fəaliyyəti ilə bağlı geniş miqyaslı arasdırma aparılıb .
Prokurorluq tərəfindən aparılan araşdırmalarda şübhəlilərin terror təşkilatları və onların münaqişə zonaları ilə təmasda olan şəxslərlə əlaqə saxlaması barədə kəşfiyyat məlumatları əldə edilib.
Bu gün səhər saatlarında Təhlukəsizlik və Kəşfiyyat orqanları tərəfindən şübhəli şəxslərin müəyyən edildiyi 7 rayonun 11 müxtəlif ünvanlarında əməliyyat keçirilib.
Xüsusi əməliyyat qruplarının da iştirak etdiyi axtarışda hamısı xarici ölkə vətəndaşı olmaqla 11 nəfər saxlanılıb.
Ünvanlardki axtarışlar zamanı bir çox təşkilat sənədləri və rəqəmsal materialların ekspertiza üçün götürüldüyü bildirilib.
Tutulan 11 şübhəli isə Terrorla Mübarizə şöbəsinə gətirilərək ifadələri alınıb.
İstintaq davam edir.
Arzu Demokrat.az


