UEFA Avropa Liqasının rəsmi “Instagram” hesabında “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev barədə video paylaşılıb.
Qolkiperin möhtəşəmqurtarışlarını paylaşan UEFA görüntülərə “Məhəmmədəliyevin qapıçı kimi qəhrəmanlığı” şərhini yazıb.
Qeyd edək ki, millimizin də qapıçısı olan Şahrudin Məhəmmədəliyev 2016-cı ildən “Qarabağ”ın şərəfini qoruyur.


