Hadisə

Goranboyda ağır qəza: 1 ölü, 7 yaralı

Goranboyda ağır qəza: 1 ölü, 7 yaralı

Goranboy rayonunun Səfıkürd kəndində iki minik avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, yeddi nəfər xəsarət alıb.

Demokrat.az xəbər verir ki, hələlik şəxsiyyəti məlum olmayan kişi hadisə yerində aldığı xəsarətdən dünyasını dəyişib.

Daha yeddi nəfər Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. //Report

D
demokrat.az