Hadisə

Mingəçevirdə yaşayış binasında yanğın oldu

Mingəçevirdə yaşayış binasında yanğın oldu

Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasında yanğın olub.

Bubarədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, binanın 1-ci mərtəbəsində ümumi sahəsi 90 m² olan mənzilin mətbəxində tavandan keçən elektrik kabeli 2 p.m yanıb.

"Yüksək temperaturdan lambirdən ibarət tavan 9 m² sahədə əriyib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - deyə nazirlikdən bildirilib.

NE
Nihadə Eyyubova