“Ölkəmizdə qiymət artmı çox ciddi şəkildə insanların həyatına mənfi təsir göstərir və rifah halını azaldır”. Bu fikirləri Demokrat.az-a açıqlamasında iqtisadçı alim, sabiq deputat Nazim Baydəmirli deyib. Sabiq deputat qeyd edib ki, ikirəqəmli inflyasiyanın olması ölkədə sosial müdafiəyə ehtiyac olanların sayını çox ciddi şəkildə artırır:
“Əslində, biz dəfələrlə qeyd etmişik ki, qiymətlərin artımı gizlədilir. Statistik rəqəmlərə manipulyasiya edilir və qiymət artımı əslində dəfələrlə olmasına baxmayaraq, bu rəqəmlər aşağı göstərilir. Bunun səbəblərini də hökumət araşdırmalıdır. Əsas səbəblər isə monopoliyanın, inhisarçılığın, məmur sahibkarlığının olmasıdır”.
İqtisadçı qeyd edib ki, quru sərhədlərin bağlı olması bahalaşmanı şərtləndirən amillərdəndir:
“Azərbaycan idxaldan asılı olan ölkədir. İndi də logistik xərclər artır, çünki quru sərhədlər açıq deyil. Ölkəmizə bir çox ərzaq məhsulları da qonşu ölkələrdən gətirilirdi. Ancaq quru sərhədlərin bağlı olması qiymətlərin bahalaşmasına səbəb olub. Hökumət gərək bu səbəbləri aradan qaldırmaq üçün müəyyən işlər görsün. Həmçinin, vergi-gömrük siyasəti həyata keçirilməlidir. Qeyd edim ki, bizim qərb zonasında yaşayanlar Gürcüstandan, cənub bölgəsindəkilər İrandan, şimal bölgəsində də Rusiyadan bazarlıq edirdilər. İndi bütün bunların inzibati yollarla qabağı da kəsilib və təsirsiz ötüşməyi”.
Nəzrin Demokrat.az


