Hadisə

Bakı sakinini aldadıb 10 min dollarını mənimsəmiş şəxs saxlanıldı

Bakı sakinini aldadıb 10 min dollarını mənimsəmiş şəxs saxlanıldı

Bakı şəhər sakini Ə.Hacıyevi aldadaraq 10.000 ABŞ dollarını almaqda şübhəli bilinənlərdən biri saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, mayın 20-də Sabunçu RPİ 12-ci PŞ-yə müraciət edən Bakı şəhər sakini Ə.Hacıyev 2008-ci ilin aprel ayında şəxsiyyəti məlum olmayan 2 nəfərin onu aldadaraq 10.000 ABŞ dollarını aldığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinənlərdən biri, paytaxt sakini İ.Mikayılov saxlanılıb.

D
demokrat.az