Dünya Özəl

Almaniyada Rusiya vətəndaşı dövlət çevrilişi hazırlamaqda şübhəli bilinərək saxlanıldı

Almaniyada Rusiya vətəndaşı dövlət çevrilişi hazırlamaqda şübhəli bilinərək saxlanıldı

Almaniyadadövlət çevrilişi etməkdə şübhəli bilinən rusiyalı şəxs saxlanılıb.

Demokrat.az TASS-a istinadən bildirir ki, bu barədə Almaniya Baş Prokurorluğu məlumat yayıb.

Qeyd olunur ki, ümumilikdə hüquq-mühafizə orqanlarının əməkdaşları 25 nəfəri saxlayıb.

Saxlanılanlar arasında Rusiya vətəndaşı da var.

Onlardan 22-si terror təşkilatı yaratmaqda şübhəli bilinir.

Eyni zamanda, daha 27 nəfər barəsində də əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Departament aydınlaşdırıb ki, hücum edənlər öz sıralarına ilk növbədə polis və Bundesverdə yeni tərəfdarlar cəlb ediblər.

Hazırda 130 məntəqədə əməliyyat-axtarış tədbirləri aparılır.

Leyla Demokrat.az

NE
Nihadə Eyyubova