Sosial

Bakı metrosunda gecikmə sıxlığa səbəb oldu: Sərnişinlər qatara minə bilmir

Bakı metrosunda gecikmə sıxlığa səbəb oldu: Sərnişinlər qatara minə bilmir

Metronun Həzi Aslanov istiqamətində qatarlar gecikir.

Demokrat.az xəbər verir ki intervalın artması metroda ciddi sıxlığa səbəb olub. Metronun İnşaatçılar, Elmlər Akademiyası və digər stansiyalarında sərnişinlər 30-40 dəqiqədir qatara minə bilmir. Bakı metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Qaynarinfo-ya açıqlamasında Nizami stansiyasında yola baxış keçirilməsinin gecikməyə səbəb olduğunu bildirib.

D
demokrat.az