İdman Özəl

DÇ-2022: Kamerun-Serbiya matçında 6 qol vuruldu

DÇ-2022: Kamerun-Serbiya matçında 6 qol vuruldu

Futbol üzrə Dünya çempionatında "G" qrupunda ikinci tura start verilib.

Demokrat.az-ın xəbərinə ilk olaraq Kamerun və Serbiya yığmaları qarşılaşıblar.

Matçın tamamında qapılara 6 qol vurulsa da, qalib müəyyənləşməyib. İlk olaraq hesabı avropalılar açsa da, 53-cü dəqiqəyə qədər hesab 3:1 serblərin xeyrinə dəyişib.

Bununla belə, Kamerun millisi daha 2 top vuraraq, hesabda tarazlıq yaradıblar.

Beləliklə, ilk oyunlarını uduzan hər iki yığmanın aktivində 1 xal var.

DÇ-2022, qrup mərhələsi, II tur G qrupu 14:00. Kamerun - Serbiya - 3:3 Qollar:Karles Kasteletto, 29 (1:0), Strainya Pavloviç, 45+1 (1:1), Milinkoviç Saviç, 45+3 (1:2), Aleksandr Mitroviç, 53 (1:3), Vinsent Abubakar, 64 (2:3), Erik Cupo-Motinq, 66 (3:3)

Qeyd edək ki, qrupun digər oyununda turnir cədvəlinin liderləri Brazilya və İsveçrə mübarizə aparacaq. Qarşılaşma bu gün saat 20:00-da start götürəcək.

Zamiq Demokrat.az

D
demokrat.az