Sosial

Azərbaycan Dünya Kulinariya Olimpiadasında 8 qızıl medal qazandı

Azərbaycan Dünya Kulinariya Olimpiadasında 8 qızıl medal qazandı

Azərbaycanlı kulinariya mütəxəssisləri İstanbulda keçirilən Dünya Kulinariya Olimpiadasında iştirak ediblər.

Demokrat.az xəbər verir ki, bu barədə öz “Facebook” səhifəsində komandamızın nümayəndəsi - kulinariya mütəxəssisi Firdovsi İsmayılov məlumat verib.

Milli Kulinariya Assosiasiyasının üzvlərindən ibarət Azərbaycan komandası Ümumdünya Kulinariya Olimpiadasında səkkiz qızıl, dörd gümüş və üç bürünc medal qazanıb.

D
demokrat.az