Siyasət

“İranda təhlükəsizlik qüvvələri uşaqları məqsədli şəkildə güllələyirlər”

“İranda təhlükəsizlik qüvvələri uşaqları məqsədli şəkildə güllələyirlər”

İran Suriyanın, Bəşər Əsədin səhvini təkrarlayır və etirazları növbəti , silahlı mərhələyə keçirir.

Bu gecə İranın şimalında və şimal-qərbində onlarla böyük yaşayış məntəqəsində etirazçılarla təhlükəsizlik qüvvələri arasında silahlı toqquşmalar davam edib.

Gecə saatlarında ən şiddətli toqquşmalar Mahabad , Sənəndəc və Xoy şəhərində baş verib və bu şəhərlərə əlavə hərbi hissələr və ağır texnika yerdilib.

Etirazçılar yolları bağlayır, avtomobillərin təkərlərini yandırırlar.

Sənəndəc və Xoy şəhərləri kütləvi nümayişlər polislə toqquşmalarla müşahidə olunub.

Gecə saatlarında Tehran yaxınlığındakı hərbi anbarlarda partlayış baş verib və bu partlayış paytaxtın özündə də aydın eşidilib.

Cənubi Azərbaycanda da hərbiçilər silahla etirazları yatırmağa keçiblər. Buna cavab olaraq Urmiya əyalətində hüquq-mühafizə orqanlarının nümayəndələrinə qarşı silahlı hücumlar baş verib.

Mahabad , Piranşəhr və Bukan şəhərlərində iğtişaşlar silahlı mərhələyə keçib.

Bu yerlərdən yayılan videokadrlarda polis və təhlükəsizlik qüvvələri etirazçılara silahlı hücum etməsi kadrları yer alır.

Etirazların şiddətlənməsinə səbəb təhlükəsizlik qüvvələrinin azyaşlı uşaqları da öldürməsi səbəb olur, keçən həftə 8 -14 yaş aralığında 9 uşaq öldürülüb.

Təhlükəsizlik qüvvələri dinc etirazlara övladları və ailələri ilə birgə çıxmış ailələri cəzalandırmaq üçün etirazlarda uşaqları məqsədli şəkildə güllələyirlər .

Yeganə Hacıyeva Politoloq

D
demokrat.az