Ukraynanın hava hücumundan müdafiə bölmələri paytaxt Kiyev ərazisində 18 raketivurub.
Demokrat.az Ukrayna mətbuatına istinadən bildirir ki, bu barədə Kiyev şəhərinin hərbi administrasiyasının rəhbəri Sergey Popko bildirib:
"Mən hava hücumundan müdafiə qüvvələrimizə təşəkkür edirəm. Bu gün Kiyev vilayətində hava hücumundan müdafiə bölmələri 21 raketdən 18-ni vurub", - deyə o, səmanın müdafiəçilərinə minnətdarlığını bildirib.
Qeyd edək ki, noyabrın 15-dəRusiya Ukraynaya kütləvi raket hücumu həyata keçirib.
Ukraynanın Hərbi Hava Qüvvələrindən bildirilib ki, Rusiya Ukrayna ərazisinə 100 raket atıb, onlardan 73-ü hava ücumundan müdafiə vasitələri ilə vurulub.
Paytaxtda ayrı-ayrılıqdadüşmənin 4 raketi zərərsizləşdirilib, eyni zamandaPeçersk rayonunda üç yaşayış binasının raketlə vurulması qeydə alınıb.
Raket hücumu nəticəsindəbir nəfərin öldüyü muəyyənləşib. Ərazilərdə xilasetmə əməliyyatı davam edir.
Leyla Demokrat.az


