Siyasət Özəl

“Rusiya Azərbaycan və Ermənistana yeni oyun oynayır” — Sədrəddin Soltan

“Rusiya Azərbaycan və Ermənistana yeni oyun oynayır” — Sədrəddin Soltan

“Ermənistan 2020-ci il 10 noyabr Bəyanatının müddəalarına əməl etmir. Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistan silahlı qüvvələri Azərbaycan torpaqlarından çıxmalıdır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Sədrəddin Soltan deyib. Politoloq qeyd edib ki, rus sülməramlıları regionda vəziyyəti gərginləşdirməklə məşğuldurlar.

“Rusiya sülhməramlıları regionda vəziyyəti gərginləşdirmək üçün həm erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxmasını tələb etmirlər, həm də Azərbaycan ərazisindəki ermənilərin silahlanması, onların təlimatlanması ilə məşğul olurlar. Hesab edirəm ki, Qarabağda o tip silahlı dəstələrin yaradılması, o tip hərbi bazaların formalaşdırılmasının arxasında daha çox Rusiya dayanır. Rusiya regionda sabitliyin və əməkdaşlığın tərəfdarı deyil. Başqa sözlə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına ilk növbədə mane olan Rusiyadır. Əks halda Rusiya vətəndaşı olan Ruben Vardanyan adlı milyoner Qarabağda separatçılar tərəfindən hansısa vəzifəyə təyin edilməz. Bu, Rusiyanın Azərbaycan-Ermənistan münasibətilə bağlı yeni oyunudur”.

Politoloqun sözlərinə görə, qanunsuz silahlı birləşmələrinin yaradılmasının arxasında da bu dayanır. Çünki bəlli bəyanatın müddəasına əsasən, Rusiya sülhməramlıları regiona daxil olmaqla yanaşı, paralel olaraq Ermənistan hərbiçiləri də regiondan çıxmalı idi.

“Rusiya hərbiçiləri iki ilə yaxındır regionda oturub, ermənilər isə hələ də çıxmır. Əksinə nə yaradırlar? Silahlı birləşmələr yaradırlar. Ermənistan tərəfi də bu qanunsuz silahlı birləşmələri adını özünümüdafiə qoyub. Əgər həmin oradakı ermənilər Azərbaycan vətəndaşıdırlarsa və o ərazilər mütləq ki, Azərbaycan ərazisindirsə, onda qanunsuz hərbi birləşmə, özünümüdafiə kimə lazımdıır? Onlar özüünümüdafiə qüvvələri yaradırlarsa, onda rus sülhməramlıları nə iş görür orada? Deməli, bu Rusiya və Ermənistan hakimiyyətini, eləcə də İran və Fransanın Azərbaycana qarşı növbəti təxribatçı addımlarıdır.Yaxud növbəti qızışdıracaq, iğtişaş yaradacaq, münaqişəni yenidən başladacaq cəhdlərindəndir”.

Aynurə Demokrat.az

D
demokrat.az