Region Özəl

“Regionda Rusiya-Ermənistan-İran ittifaqı kimi bir ittifaq yaratmağa cəhd edilir”

“Regionda Rusiya-Ermənistan-İran ittifaqı kimi bir ittifaq yaratmağa cəhd edilir”

“Praqada Ərdoğan-Paşinyan görüşünün əks-sədaları hələ də davam edir. Ermənistan üçün Türkiyə əvəzolunmaz hala gəlib. Belə olanda, Ermənistanın dövlət rəsmiləri və insanları tez-tez Türkiyə haqqında danışırlar. Paşinyanın əlinə Ermənistanı düşdüyü vəziyyətdən xilas etmək əlinə imkan düşüb. Ərdoğan haqqında müsbət sözlər deməklə, sülh müqaviləsi üçün zəmin hazırlayır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında türkiyəli politoloq Hasan Oktay deyib.

H.Oktay qeyd edib ki, Azərbaycansız sülhün olması mümkün deyil:

“Türkiyə bu sülhü Azərbaycan üçün istəyir, çünki regiondakı münaqişələr istər-istəməz Azərbaycana da, Ermənistana da təsir edir. Türkiyə-Ermənistan-Azərbaycan üçtərəfli sülhü bölgədəki problemlərə son qoyacaq”.

“Türkiyə əvvəlcə altılıq masasını təklif etdi, Rusiya-İran-Ermənistan-Azərbaycan-Gürcüstan və Türkiyə, daha sonra Türkiyə-Ermənistan danışıqları başladı, daha sonra Avropa İttifaqının himayəsində Ermənistan-Azərbaycan danışıqları başladı. Putinin liderliyindəki Soçi danışıqları birlikdə qiymətləndirildikdə Türkiyə üçün ən qalıcı sülhün üçtərəfli formada Türkiyə-Ermənistan-Azərbaycan olacağı anlaşılır. Onu uzatmaq olmaz. Çünki Rusiya-Ermənistan-İran ittifaqı kimi bir ittifaq yaratmağa cəhd edilir. Bu ittifaq isə Türkiyənin əleyhinə işləyə bilər” - deyəpolitoloq şərh edib.

Aynurə Demokrat.az

D
demokrat.az