Məşhur teleaparıcı Alla Dövlətova Beşinci Kanala müsahibəsində yeni plastik əməliyyata girəcəyini açıqlayıb.
Demokrat.az"moslenta.ru"-ya istinadən xəbər verir ki, o, əvvəlki əməliyyatdan altı ay sonra yeni cərrahi müdaxiləyə qərar verib:
“Yazda mən endoskopik alın qaldırma əməliyyatı keçirdim və dərhal yuxarı göz qapaqlarını - blefaroplastika etmək istədim. Amma cərrahım dedi ki, bu məsələdə hər şey fərdi və mən gözləməliyəm”, - deyə Dövlətova paylaşıb.
Aparıcı 14 il əvvəl üzündə ilk plastik əməliyyat etdirdiyini dilə gətirib. Sonra onun gözünün altındakı yırtıqlar götürülüb.
O, nəticəni bəyəndiyi üçün yeni problemi həll etmək məqsədilə həmin mütəxəssisə müraciət edib.
Mütəxəssisisə öz növbəsində qeyd edib ki, hələ cərrahi müdaxilələrdən qorxmalı olan yaşa çatmayıb:
“İndi bədənim hələ gəncdir, hər şeyə asanlıqla dözür. 50-dən sonra çox gec olacaq. Hər şeyi vaxtında etmək lazımdır”.
Jalə Demokrat.az


