Siyasət Özəl

“Güney Azərbaycan İranın bu çirkin oyunlarından qorxub geri çəkiləsi deyil” — ŞƏRH

“Güney Azərbaycan İranın bu çirkin oyunlarından qorxub geri çəkiləsi deyil” — ŞƏRH

“İranın “Səhər selamı” adlı proqramı daxil olmaqla, ümumiyyətlə, bütün dövlətə bağlı media qurumları illərdir antiazərbaycan təbliğatı aparır. Onlar Azərbaycan Respublikasının mövcudluğunu həzm edə bilmirlər. Hətta ən yüksək səviyyədə Azərbaycan Respublikasını İranın bir parçası adlandırırlar, Azərbaycan Respublikası ifadəsi yerinə "Bakı Respublikası" ifadəsi işlədirlər. Yəni, bütün varlıqları ilə Azərbaycan Respublikasına düşmən münasibəti sərgiləməkdən çəkinmirlər”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında siyasi-şərhçi Azər Həsrət deyib. Onun sözlərinə görə, son vaxtlar bu ritorika daha da dərinləşib, daha da sərtləşib:

“İranı idarə edən fars-molla rejiminin birbaşa göstərişi və təlimatıyla Azərbaycan Respublikasına düşmən siyasəti körükləndirilir. Halbuki, İran nəinki Azərbaycanla bu münasibətdə olmamalı, əksinə bütün dünya tərəfindən sıxışdırıldığı bir vaxtda məhz Azərbaycan Respublikasına möhtac olduğunun fərqində olmalıdır. Azərbaycan Respublikası bütün mərhələlərdə İran adlanan dövlətə xoş münasibət bəsləyib. Ona sanksiya tətbiq edənlərlə bir sırada yer almayıb. İran üçün Azərbaycan Respublikası bir nəfəslik rolunu oynayıb. Amma nankor, naşükür, nadan qonşularımız bütün bunları dəyərləndirəcək səviyyədə olmayıblar. Ona görə də, son vaxtlar Azərbaycan Respublikası qarşı təhdidlərini getdikcə artırılar. Təbii ki, bu bizi narahat etmir. Çünki Azərbaycan Respublikası sadəcə olaraq bu on milyonluq xalqdan ibarət deyil. Ümumiyyətlə, dünya azərbaycanlılarının da 40 milyona yaxını İran adlı dövlətdə yaşamaqla elə İran üçün baş ağrısı deməkdir. Ona görə də, İranı idarə edənlər daha ağıllı davranmalı və özünə baş ağrısı açmamalıdırlar.

Zatən son vaxtlar Güney Azərbaycanın müstəqilləşməsi gündəmdədir, Güney Azərbaycan Respublikasının qurulması istiqamətində çağırışlar artıb. Sevindiricidir ki, bu çağırışların əksəriyyəti İranın nəzarətində olan Azərbaycan torpaqlarından gəlir. Təbrizdən, Ərdəbildən, Urmudan, Xoydan, Mərəddən, Səlmasdan gəlir. İran mənə elə gəlir ki, odla oynamamalıdır. Azərbaycan Respublikası da, bütöv Azərbaycan da, Güney Azərbaycan da və Azərbaycanla bir sırada addımlayan Türk dövlətləri də İranın bu çirkin oyunlarının qarşısında qorxub geri çəkiləsi deyil”.

Aynurə Demokrat.az

D
demokrat.az