Salyan rayonunda Vətən Müharibəsi şəhidi əsgər İnqilab Qədirbəylinin xatirəsi anılıb.
11 noyabr 2022-ci il tarixdə Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov və Salyan rayon Gənclər və İdman İdarəsinin əməkdaşları , Yeni Azərbaycan Partiyası Salyan rayon Təşkilatının sədri Elmar Əhmədov və Yeni Azərbaycan Partiyası Salyan rayon Təşkilatının əməkdaşı , Azərpoçt MMC-nin Salyan filialının rəisi Əliağa Mustafayev Salyan rayonunun Vətən Müharibəsi Şəhidi əsgər İnqilab Tofiq oğlu Qədirbəylinin məzarını ziyarət etmiş, məzarı önünə gül dəstələri qoymuş , ruhuna dualar oxumuşlar.
Allah Şəhidlərimizə rəhmət etsin ! 







