Siyasət Özəl

“Azərbaycan XTQ-nin təlimləri ilə İrana assimetrik cavab verdi” — Deputat

“Azərbaycan XTQ-nin təlimləri ilə İrana assimetrik cavab verdi” — Deputat

“44 günlük Vətən müharibəsində Azərbaycanın rəşadətli ordusu torpaqlarımızı düşmənlərdən azad etdi və bununla da, Azərbaycan-İran sərhədini də bərpa etdi. Bundan sonrakı mərhələdə molla rejimi tərəfindən Azərbaycana qarşı əsassız ittihamlar səsləndirildi. Azərbaycana sərhəd ərazilərdə hərbi təlimlər keçirilməyə başladı və bununla da, guya ki, Azərbaycana güc nümayiş etdirməyə çalışdılar. Əlbəttə, bu bir daha onu göstərir ki, molla dövləti müstəqil Azərbaycanın güclü və qüdrətli olmasından çox narahatdır. Ona görə də, Ermənistanla bu gün həmrəylik və qardaşlıq nümayiş etdirərək, Azərbaycana qarşı qərəzli mövqedən çıxış edirlər”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib. Deputat qeyd edib ki, Tehran rejimi keçirdiyi təlimlərə Azərbaycana olan qərəzlərini nümayiş etdirdilər.

“Sonuncu dəfə Araz çayı ətrafında məhz üzən körpülər vasitəsilə hərbi texnikalarını çayın bu tərəfinə keçirtdilər. Bu bir daha onu göstərdi ki, Tehran rejimi belə hərbi təlimlər keçirtməklə, guya ki, Azərbaycana əzələ nümayiş etdirirlər. Yəni, açıq şəkildə Azərbaycana qarşı öz qərəzlərini bununla da gizlətmirlər. Eyni zamanda, İranın rəsmiləri tərəfindən, hərbi birləşmələrinin rəhbər heyətləri tərəfindən Azərbaycana qarşı müxtəlif təxribat dolu bəyanatlar, qərəzli fikirlər səsləndirirlər. Onların hərbi təlimlərində SEPAH tərəfindən hansı ki keçirilirdi, hərbi marşlarında da əsas hədəf kimi Azərbaycanı göstərirdilər. Azərbaycan XTQ-nin təlimləri ilə İrana assimetrik cavab verdi və bir daha onu göstərdi ki, Azərbaycan güclü və qüdrətli dövlətdir. Azərbaycanla hər hansısa güc vasitəsilə danışmaq mümkün deyil. Ən yaxşısı odur ki, Azəbaycanla münasibətləri normallaşdırıb, qarşılıqlı əməkdaşlıq formatında çıxış etsinlər. Bildiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev də məıhz Azərbaycan-İran sərhəddini dostluq sərhəddi adlandırmışdı işğaldan azad olunduqdan sonra, eyni zamanda Xudafərin körpüsünü də dostluq körpüsü adlandırmışdı. Çox təəəssüf ki, İran tamamilə fərqli mövqe nümayiş etdirməyə başladı”.

“Azərbaycan XTQ-nin təlimləri ilə İrana assimetrik cavab verdi” — Deputat
“Çox yüksək peşəkarlıqla keçirilmiş Azərbaycan Xüsusi Təyinatlı Qoşunlarının bu təlimləri düşünürəm ki, İrandan çox böyük təşviş salmış, İran bir daha Azərbaycanın gücünü və qüdrətini gördü. İran əslində Azərbaycanın 44 günlük Vətən müharibısində də gücünü və qüdrətini görmüşdü. Baxmayaraq ki, 44 gün ərzində dayanmadan İran ərazisindən Ermənsitana silah-sursat daşınırdı, bütün bunların hər biri məhv edildi və İranın o canfəşanlığı da iflasa uğramışdır. Əlbəttə, Azərbaycan tərəfi bu təlimləri keçirməklə, bir daha İrana, Ermənistana və digər Azərbaycana qarşı qərəzli mövqedə duran bütün qüvvələrə bir daha onu göstərdi ki, Azxərbaycan öz ərazi bütövlüyünü qorumağa hər zaman hazırdır, qadirdir. Bunun üçün bizim çox güclü, qüdrətli silahlı birləşmələrimiz var, silahlı qüvvələrimiz var. Azərbaycanın suveren ərazilərini Azərbaycan Silahlı Qüvvələri hər zaman qorumağa hazırdır və qadirdir. Azərbaycan prezidenti Müzəffər Ali Baş Komandamızın rəhbərliyi ilə bu gün formalaşan Azərbaycan ordusu dünyanın ən aparıcı, ən qüdrətli ordularından biridir və suveren ərazilərimizi qorumaq üçün hər bir azərbaycanlı öz qanından canından, qanından keçməyə hər zaman hazırdır”- deyə deputat sonda qeyd edib.

Aynurə Demokrat.az

D
demokrat.az