Dünya

Baydendən sensasion açıqlama — “Məni prezident postundan uzaqlaşdıracaqlar”

Baydendən sensasion açıqlama — “Məni prezident postundan uzaqlaşdıracaqlar”

ABŞ prezidenti Co Bayden bəyan edib ki, respublikaçılar noyabrın 8-də keçiriləcək aralıq seçkilərdə həm Senatda, həm də Nümayəndələr Palatasında səs çoxluğu qazansalar impiçment prosesinə start verəcəklər.

Demokrat.az xəbər verir ki, noyabrın 8-də ölkədə keçiriləcək Konqresə ara seçkilərinin həyati əhəmiyyət daşıdığını bildirən Bayden, respublikaçıları ittiham edib.

"Respublikaçılar Nümayəndələr Palatasında və Senatda qalib gəlsələr, məni impiçment edəcəklər. Niyə məni impiçment edəcəklərini bilmirəm", - deyə Bayden qeyd edib.

ABŞ-da keçirilən sorğunun nəticələrinə görə, Respublikaçıların Nümayəndələr Palatasında çoxluğu qazanacağı dəqiq hesab edilsə də, Senatda “yüksək ehtimal” səs çoxluğunu qazanacağı gözlənilir. /Avropa.info/

D
demokrat.az