“İranın uzun illər boyu Azərbaycana qarşı sərgilədiyi siyasət dövlət səviyyəsində məlum idi. Amma, Azərbaycan xalqı heç bir zaman ağlına gətirmirdi ki, İran Azərbaycana bu dərəcədə xəyanət edəcək və xəyanətkar mövqe tutacaq. Həm də ki, kimi müdafiə edəcək? Müsəlmanlara düşmən olan, məsciddə donuz saxlayan, dini və tarixi abidələrimzi təhqir edən erməniləri. Çox təəssüflər olsun ki, 44 günlük müharibədən sonra İran öz iç üzünü açdı”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Anar İsgəndərov deyib. Deputat qeyd edib ki, müharibədən sonra İran hakimiyyəti Ermənistana olan səmimi münasibətini və Azərbaycana olan düşmən münasibətini gizlədə bilmədi.
“Gah sərhədlərimizə qoşun yığdı, gah təlimlər keçirtdi. Sonda da guya min illər boyu ermənilər bu ərazidə yaşayıb, onları müdafiə etdiyini bildirdi. Əslində, bu başdan ayağa yalan idi. Heç bir zaman, min illər boyu bu ərazidə ermənilər yaşamayıb! Erməni köçü ola bilər, amma erməni yaşamayıb və ən nəhayət heç bir iranlının yaşamadığı Qafan şəhərində konsulluq açmaq və ya da Ermənistanın da Azərbaycan şəhəri olan Təbrizdə Baş Konsulluq açmaq sevdası düşmək hər iki dövlətin Azərbaycana olan mıkrli siyasətindən irəli gəlir. Bütün bunlar nəyi göstərir? Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunarkən elə dünyanın böyük dövlətləri var idi ki, Fransa olsun, onlar Ermənistanı nə qədər müdafiə edirdilərsə, ona havadarlıq edirlərsə, elə Ermənistan da o qədər havadarlıq etdi. Azərbaycanın İranla sərhəddə olan işğal olunmuş bütün evlərinin, mədəniyyət abidələrinin hamısı hara aparıldı? İrana. Bu da gün kimi aydındır. Amma, İran nə edirsə, etsin Ermənistana müdafiə edə bilməz! Artıq ermənilər Azərbaycanın tarixi torpaqlarında qala bilməz! Azərbaycanla bağlı nə qədər böhtanlar yayırlarsa, yaysınlar! Azərbaycan 30 il bundan əvvəlki Azərbaycan deyil ki, hər xırda məsələyə reaksiya versin. Bu gün güclü Azərbaycan var və Azərbaycanın haqq işini müdafiə edən güclü dövlətlər var. Bu dövlətlərin içərisində dini bizin dinimizdən olan dövlətlər də, heç bizim dinimizdən olmayan dövlətlər də var. Onlar bizim haqq işimizi müdafiə edirlər. Zaman gələcək İran səhvini başa düşəcək, ancaq çox gec olacaq. İran da bilnəldiir ki, Arazın o tayında milyonlarla azərbaycanlı var. Son məqamda azərbaycanlı azərbaycanlı deməkdir!”.