Sosial

Bakıda tələbə qızlar aldadılaraq qaçırılırlar?

Bakıda tələbə qızlar aldadılaraq qaçırılırlar?

Nəsimi rayonu ərazisində yerləşən Azərbaycan Dillər və Dövlət Pedaqoji universitetlərinin yaxınlığında bir nəfər kişinin tələbələrdən pul istəməsi barədə məlumat yayılıb.

İddia edilib ki, kişi tələbələrə əlindəki dərmanı göstərərək aptekdən onu almaqda kömək göstərilməsi adı ilə aldadır. Ərazidə qızların itdikləri də vurğulanıb.

Eyni zamanda, iddiaya görə, həmin şəxs bir müddət əvvəl ADPU-nun xanım tələbələrindən birini oğurlayıb və daha sonra sərbəst buraxılan tələbə bir neçə gün sonra intihar edib.

Məsələ barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti ilə əlaqə saxladıq.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis mayoruAnar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə yazılan iddialar nəzarətdə saxlanılmaqla araşdırılmadavam etdirilir:

“Adam oğurluğu ilə bağlı polis orqanlarına müraciət daxil olmayıb”.

Azərbaycan Dillər Universitetinin mətbuat katibiCavid Zeynallısaytımıza bildirib ki, təhsil ocağı və tələbələri ilə bağlı hər hansı problem qeydə alınmayıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin mətbuat katibiCavid Hüseynovisə qeyd edib ki, qurumun həmin korpusunda təhsil alantələbəsi intihar etməyib.

“Tələbələrimiz arasında daqaçırılan yoxdur. Küçədə hər hansı bir şəxsin tələbələrə yaxınlaşması ilə bağlı DİN tərəfindən araşdırma aparılır. Qeyd edim ki, son bir ay ərzində universitetinin Ak.Həsən Əliyev küçəsində yerləşən korpusunda oxuyanikinci kurs tələbəsi 14-cümərtəbədə yerləşən evində paltar asarkən ayağı sürüşərək yıxılıb və dünyasını dəyişib. Əsas korpusda təhsil alan başqa bir tələbəmiz isədəm qazından vəfat edib”.

D
demokrat.az