Region

Ermənistanın İrana ixracı Azərbaycanla müqayisədə 7 dəfə çoxdur — Rəqəmlər

Ermənistanın İrana ixracı Azərbaycanla müqayisədə 7 dəfə çoxdur — Rəqəmlər

Ötən il Ermənistan İrana 94 milyon dollar dəyərində məhsul ixrac edib.

Demokrat.az Ermənistanın rəsmi qurumları tərəfindən açıqlanan məlumatlara istinadən xəbər verir ki, bu ölkədən İrana əsasən elektrik enerjisi, ət, odun materialları satılıb.

Son 4 ildə Ermənistanın İrana ixracı təxminən 2 dəfə artıb. Bu dövürdə adambaşına düşən ixrac 18 dollardan 31 dollara yüksəlib. Müqayisə üçün qeyd edək ki, son 4 ildə Azərbaycandan İrana ixrac 38% artıb. 4 il əvvəl adambaşına düşən ixrac isə Ermənistanla müqayisədə 5,8 dəfə az olduğu halda, ötən il 7,2 dəfə az olub.

Ermənistan-İran
İllər İxrac
(mln.dollar)
Adambaşına düşən ixrac (dollar)
2018 55 18
2019 84,5 28,2
2020 84 28
2021 94 31
Azərbaycan-İran
İllər İxrac
(mln.dollar)
Adambaşına düşən ixrac (dollar)
2018 31,2 3,1
2019 41,1 4,1
2020 38,5 3,8
2021 43,3 4,3
Yeniavaz.com

D
demokrat.az