"Paşinyana sual vermək lazımdır. Azərbaycan ərazisində yaşayan ermənilərdən sənə nə?! Sən kimsən ki, onların adından danışırsan? Sən icma rəhbərisən? Sən oranın "deputatısan"? Mən İrəvandakı ermənilərin taleyi barədə danışıram? Artıq bu mesaj onlara açıq deyilməlidir".
Demokrat.az xəbər verir ki, bu sözləri Müsavat TV-nin efirində Ağ Partiya başqanı Tural Abbaslı deyib.
Partiya sədri bildirib ki, bu münaqişəsinin bitməsinə Rusiya və Avropa imkan vermir:
"Çünki həm Azərbaycanın, həm də Ermənistanın yaralı yerini tutublar. O "yara"dan istifadə edib, onları da idarə edirlər, bizi də idarə edirlər. Azərbaycanda bütün siyasi dəyişikliklər Qarabağ ətrafında atılıb. Ermənistanda da demək olar ki, eyni vəziyyətdir. Bu məsələ "Domokl qılıncı" kimi başımızın üzərindən asılıb və münaqişəni bitirməyə imkan vermirlər".
T.Abbaslı gündəmin əsas mövzularından biri olan dəhliz məsələsinə də toxunub:
"Biz hansı beynəlxalq hüquqa, hansı ikitərəfli razılığa, anlaşmaya görə öz ərazimiz Laçından digər ərazimizə yol verməliyik? Amma Ermənistan mənim ərazimdən mənim ərazimə yol vermək istəmir. Ümumiyyətə, yol məsələsi qapadılmalıdır".
Zamiq Demokrat.az

