Gündəm Özəl

“Bu gün Ermənistanın real gələcəyə baxışı mövcud deyil” — Deputat

“Bu gün Ermənistanın real gələcəyə baxışı mövcud deyil” — Deputat

“Bu gün Ermənistanın real gələcəyə baxışı mövcud deyil”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Nigar Arpadarai deyib. Deputat qeyd edib ki, NikolPaşinyan strateji addım atmağı bacarmadığını dəfələrlə nümayiş etdirib.

"O, ölkə üçün nəticələrini düşünmədən, sadəcə bu gün ayaqda qalmaq üçün istənilən yalana getməyə hazırdır. Təəcüblüsü odur ki, təkcə Paşinyan deyil, bütün Ermənistan siyasəti və diplomatiyası bu prinsiplə işləyir.Ermənistanın cari siyasəti istər-istəməz onun dövlətçiliyinin daha da zəifləməsinə gətirib çıxaracaq. Buna görə də, Soçi görüşünü Ermənistanla Azərbaycan arasında sülhə aparan növbəti addım adlandırmaq çətindir".

Aynurə Demokrat.az

D
demokrat.az