Ukrayna Prezidenti Volodimr ZelenskiAlmaniya kansleri Olaf Şoltsa təşəkkür edib.
Demokrat.az Ukrayna mətbuatına istinadən bildirir ki, Zelenski bu barədə Tviterdə yazıb.
“Almaniya kansleri Olaf Şoltsla mühüm söhbətimiz oldu.Rusiya Federasiyasının növbəti raket terror aktı barədə məlumatlandırdım”, - Zelenski bildirib.
O, Almaniyaya verilən hava hücumundan müdafiə sistemlərinə görə minnətdar olduğunu qeyd edib və Ukraynaüzərində hava qalxanının qurulmasının vacibliyini vurğulayıb.
Zelenski eyni zamanda taxılçılıq təşəbbüsünün əhəmiyyətini vurğulayıb.
“Biz taxıl təşəbbüsünün davam etdirilməsinin vacibliyini vurğuladıq.Dünyanın aclıqla şantaj edilməsinə imkan verməməliyik"
Leyla Demokrat.az


