Sosial

SOCAR “Happy Yusifzadeh” fotosu ilə bağlı açıqlama yaydı

SOCAR “Happy Yusifzadeh” fotosu ilə bağlı açıqlama yaydı

“Son günlər sosial şəbəkələrdə SOCAR-ın rəsmi internet saytı ilə heç bir əlaqəsi olmayan ekran görüntüsü (screenshot) paylaşılır. Qeyd etmək istəyirik ki, yeni istifadəyə verilmiş saytımızın ingilis dilində versiyası hazırlanır və ictimaiyyətə noyabr ayının sonuna qədər təqdim olunması nəzərdə tutulur”.

Demokrat.az-ın xəbərinə görə, bu barədə qurum rəsmi “Facebook” səhifəsində məlumat yayıb.

“Sosial şəbəkələrdə paylaşılan şəkil (screenshot) isə “Google Chrome” brauzerinin avtomatik tərcümə funksiyası vasitəsilə edilib və şirkətimiz ilə heç bir aidiyyəti yoxdur” - məlumatda qeyd olunub.

Qeyd: Sosial şəbəkələrdə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin adının tərcümə zamanı rəsmi saytda “Happy Yusifzadeh” kimi yazıldığı bildirilir.

D
demokrat.az