Gündəm Özəl

“Son günlər müşahidə edilən qərəzli münasibətin kökündə Praqa danışıqları dayanır” — ŞƏRH

“Son günlər müşahidə edilən qərəzli münasibətin kökündə Praqa danışıqları dayanır” — ŞƏRH

“Rusiya mətbuatında Azərbaycanla bağlı dezinformasiyaların səbəbləri çoxdur”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Rusiya Xalqlar Dostluğu Universitetinin dosenti, siyasi jurnalist Anar Həsənov deyib.

Analitik bildirib ki, səbəblər sırasında müəllif amili, yəni müəlifin şəxsi münasibəti ola bilər. Yəni, o öz peşə imkanlarından sui-istifadə edə bilər.

“Səbəblərdən biri də erməni əsilli jurnalistlərin təsiridir. Bu bəndə erməni diasporunun fəaliyətini də aid etmək olar. Bundan başqa, Prezident Administrasiyasından basılan düymə, zəng və tapşırıqdır. Həmçinin, Azərbaycanın Rusiya KİV-lə ünsiyyət qurmağa səlahiyyəti olan qurumun səriştəsizliyidir. Bu bəndə Azərbaycanın Rusiyadakı Səfirliyini aid etmək olar. Habelə, Rusiya və Azərbaycan maraqlarının toqquşması və jurnalist qeyri-peşəkarlığından irəli gəlir. Məncə, son günlər müşahidə etdiyimiz qərəzli yazıların səbəbləri kimi bütün bəndləri göstərmək olar. Ancaq bir məsələdə əminəm ki, Rusiyada subyektiv münasibət təkcə Azərbaycana yox, Ermənistana da sərgilənir. Düşünürəm ki, son günlər müşahidə edilən qısqanc, qərəzli münasibətin kökündə Praqa danışıqları dayanır. Yəni, Rusiya həm Avropanı tənqid edir, həm də onun təklifi üzərində müəyyən iş aparan Azərbaycan və Ermənistan dövlətlərini. Azərbycana münasibətdə bu tənqid ərazi bütövlüyümüzə hörmətsizlikdə özünü biruzə etdirirsə, Ermənistana münasibətdə Paşinyan höküməti milli maraqlara xəyanətdə ittiham edilir. Hesab edirəm ki, dezinformasiyaların qarşısını almaq üçün Rusiyanın “1 ci kanal” ı daxil olmaqla, bütün reytinqli KİV-lər ilə fərdi münasibətlərin qurulması vacibdir. Bu iş bu illər ərzində qurulmayıb. Məncə bu işə görə cavabdeh qurumlardan biri Rusiyadakı Azərbaycan Səfirliyidir”.

Aynurə Demokrat.az

D
demokrat.az