“Media reyestri ilk növbədə Azərbaycan jurnalistikasına nizam-intizam gətirəcək”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov deyib. Baş redaktor qeyd edib ki, bunun özü də kifayət qədər ciddi dəyişiklikdir.
“Hazırda müəyyən intizamsızlıq meylləri var və bunun da zərərini bütövlükdə cəmiyyət çəkir. Digər tərəfdən, hesab edirəm ki, media reyestri əslində müsbət dəyişikliklər üçün bir növ zəmindir. Bilirsiniz ki, Azərbaycan dövlətinin media siyasəti konseptualdır, konkret məqsədləri var. Hər kəsin bu və ya digər dərəcədə jurnalist fəaliyyəti göstərə bilməsinin mümkün olduğu hazırkı şəraitdə mediaya yönələn dövlət siyasətinin hədəf qruplarının konkretləşdirilməsinə ehtiyac var. Bu baxımdan da reyestri əhəmiyyətli sayıram”.
Aynurə Demokrat.az


