“Bildiyiniz kimi, əslində İran bir türk yurdudur. Ayrıca bugünkü İranın əhalisinin əksəriyyəti azəri türküdür”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Türkiyə Hava Qüvvələri Akademiyasının rəhbəri, ehtiyyatda olan general-mayor Kürşat Atılgan bildirib.
“Əslində, Azərbaycan, Özbəkistan, Türkiyə yaşayan xalqların hamısı türkdür. Mən onların hamısına türk deyirəm, o cümlədən də Güney Azərbaycan da yaşayanlar da türk adlandırılır. İran bu səbəbdən bu bölgədə Türkiyə və Azərbaycanın güclənməsini istəmir. Çünki bu iki dövlətin güclənməsi bu bölgədə İranın təsirini azaldır. Bölgənin iki mühüm və regional güc ölkəsi olan İran və Türkiyə tənliyində türk dünyasına keçid dəhlizi Türkiyə ilə türk dünyasının bir-biriylə quru əlaqəsi qurmasına şərait yaradır. Bu durum isə İranın qorxulu yuxusudur. Təbii ki, türk birliyinə doğru gedən bu prosesdə Güney Azərbaycanın bu birlikdən kənarda qalması ağlasığmazdır. Bu səbəbdən də, İran bu layihənin qarşısını almaq üçün Ermənistanla sıx əlaqələr qurmaqda və ona dəstək olmaqdadır. Amma, çaba boş yerədir. Çünki türklər artıq Türk Birliyi yolunda möhkəm addımlar atır. Bu birliyin yaranmasında Azərbaycanın böyük rolu var. Bu birliyə də nə deyirik? TURAN! Turan türk düşmənlərinin kabusudur. Mənim ümidim və səyim ondan ibarətdir ki, bu birlik 15 ildən sonra reallaşacaq”.
Aynurə Demokrat.az


