Sosial

Məhərrəm Novruzovun şirkəti cərimələndi — FOTO

Məhərrəm Novruzovun şirkəti cərimələndi — FOTO

“Qurtuluş 93 Yaşayış Kompleksi” MMC barəsində cərimə protokolu yazılıb.

Demokrat.az Pravda.az-a istinadən xəbər verir ki, şirkət barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 469.2-ci (İcbari sığorta müqaviləsinin bağlanmaması) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

İş hakim Vaqif Həsənovun icraatına verilib.

Məhkəmə ilkin hazırlıq iclası oktyabrın 31-nə təyin edilib.

Qeyd: “Qurtuluş 93 Yaşayış Kompleksi”nin sahibi Məhərrəm Novruzovdur. Bir müddət əvvəl onun kürəkəni Elşad Kəlbəliyev “Land Rover” markalı avtomobillə 4 nəfəri vurarq öldürmüşdü. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Kəlbəliyev 9 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra məhkum bu hökmlə razılaşmayıb və apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi E.Kəlbəliyevin apellyasiya şikayəti qismən təmin olunub.

Belə ki, onun cəzası 9 ildən 8 ilə endirilib.

Məhərrəm Novruzovun şirkəti cərimələndi — FOTO

D
demokrat.az