Ermənistan, İran və Bolqarıstan Fars körfəzi-Qara dəniz dəhlizinin yaradılmasına dair ilkin saziş imzalayıblar.
Demokrat.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə oktyabrın 20-də İrəvanda keçirdiyi brifinqdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
O qeyd edib ki, ilkin olaraq bu prosesdə iştirak etməyən digər ölkələrlə də danışıqlar aparılır.
“Düşünürəm ki, dəhliz Hindistan üçün də maraqlı olacaq və biz sonda bu ideyanın həyata keçirilməsinə nail olacağıq. Ermənistan Fars körfəzi-Qara dəniz dəhlizində maraqlıdır”, - nazir əlavə edib.
Jalə Demokrat az


