Sosial Özəl

“Ölkəmizin iri şəhərlərində məktəb çatışmazlığı var” — Ekspert

“Ölkəmizin iri şəhərlərində məktəb çatışmazlığı var” — Ekspert

“Bu gün ölkəmizdə fəaliyyət göstərrən 4440-dan çox ümumtəhsil müəssisəsi var ki, orada müvafiq olaraq mövcud təhsil alan 1 milyon 600-dən çox şagird var”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib. Ekspertin sözlərinə görə, bu gün ölkəmziin iri şəhərlərində məktəb çatışmazlığı yaşanır:

“Bakı, Gəncə və Sumqayıt kimi iri şəhərlərdə məktəb çatışmazlığı yaşanır. Xüsusən də, şagird sıxlığı mərkəzdə hiss olunur. Bakı ətrafı əraziləri biz götürsək hansı ki, Abşeron rayonun tabeliyindədir, amma müvafiq olaraq Bakı şəhərinə yaxın ərazidir. Lakin uşaqlar həmin ərazilərdə məktəb tapa bilmirlər. Nəticə etibarilə Bakı şəhər Təhsil İdarəsinin tabeliyində olan müvafiq məktəblərə gedirlər. Əgər o ərazilərdə məktəb tikintisi olarsa, hesab edirəm ki, siniflərdəki şagird sıxılığının qarşısı alına bilər. Məsələn, Bakının Hökməli, Müşfiq, Binə qəsəbəsi və s. bu ərazilərdə təəssüf ki məktəblərin sayı azdır. Bu da nəticədə mərkəzdə şagird sxılığının daha artımı ilə nəticələnir. Bakı şəhərinə daxil olan müəyyən ərazilər var ki, biz orada məktəb tikintisini artırmalıyıq. Bunun paralelində əgər məktəbin şagird tutumu 2 min nəfərdir, amma, faktiki olaraq, 4-5 min şagird təhsil alarsa, o zaman həmin məktəblərin ərazisində və yaxud da kənarda onun korpusunu açmaq olar. Yeni bir məktəb açmaq olar ki, bu da nəticə etibarilə şagird sxılığının qarşısını ala bilər”.

Aynurə Demokrat.az

D
demokrat.az