Türkiyənin Bartın vilayətində kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.
Demokrat.az Türkiyə mətbuatına istinadən bildirir ki, bunu bu gün ölkənin daxili işlər naziri Süleyman Soylu Bartında jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, partlayış zamanı mədəndə olan 110 nəfərdən 58-i xilas edilib, 11 nəfər isə xəsarət alıb.
Türkiyənin səhiyyə naziri Fahrettin Koca özünün "Twitter" səhifəsində bildirib ki, xəsarət alanlardan 6-sı İstanbulda, 5-i isə Bartındakı xəstəxanalarda müalicəsini davam etdirir.
Xatırladaq ki, kömür mədənində partlayış ötən gün axşam saatlarında baş verib.
Leyla Demokrat.az


