Kanadada bir universitet tərəfindən mərhumun son anları ilə bağlı araşdırma aparılıb. Ölüm yatağında olan bir qadına diqqət yetirən qruplar, ölümə yaxın olanda onun bütün qohumlarını eşitdiyini aşkar etdilər. Bu detal təəccüb doğurub.
Elmi ictimaiyyətin ölüm və axirətlə bağlı araşdırmaları davam edir. Kanadanın Britaniya Kolumbiyası Universitetinin tədqiqatçıları da ölümə yaxın insanların beyin funksiyalarını aşkar etmək üçün araşdırma aparıblar.
Tədqiqatçılar seçdikləri xəstələrin beyin funksiyalarını araşdırıblar. Lakin tədqiqat xüsusi olaraq bir qadın üzərində cəmlənmişdir. Ölüm ayağında olan qadının beyin funksiyalarını araşdıran həkimlər maraqlı tapıntılarla qarşılaşıblar.
Aparılan araşdırmalar nəticəsində həkimlər müəyyən ediblər ki, ölüm anında funksiyasını itirən sonuncu duyğu orqanı qulaqdır. Bu səbəbdən ölüm yatağında olan yaşlı qadının qohumlarının çıxardığı səsləri hiss edə bildiyi müəyyən edilib./Turkustan.az


