“Valideynlərin çoxu uşaqlarının tərbiyəsini televiziyanın, internetin öhdəsinə buraxıb. Hər uşağın əlində bir yekə smartfon alıb verib canlarını qurtarıblar. Onların yerinə uşaqlarını kimlər tərbiyə, edir, kimlər yönəldir heç veclərinə də deyil”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Sağlam Cəmiyyət Hərəkatının rəhbəri Elçin Bayramlı deyib.
“Uşaqlar cəmi 30 il əvvəlki ənənəvi məkanlarından- yaradıcılıq mərkəzlərindən, istirahət düşərgələrindən, idman salonlarından… ayrılaraq küçələrə tərk edilib. Ən yaxşı halda dəhşətli oyunlar oynadıqları, pornoya, zorlamaya, qanlı döyüş səhnələrinə baxdıqları “virtual dünyaya” buraxılıb. Uşaqlarına sahib çıxmayan onların tərbiyəsi ilə məşğul olmayan, onlara vaxt diqqət və ayırmayan, qayğı göstərməyən fasiləsiz olaraq nəzarət etməyən valideynlərin övladları böyük risk altındadır. Uşaqlara tərbiyə verməyi arxa plana atıb, onları tam nəzarətsiz buraxıblar. Siz heç əlində kitab qəzet, kitab oxuyan və ya bir-biri ilə şahmat oynayan uşaq, yeniyetmə və gəncə rast gəlmisinizmi? Xeyr təbii ki. Amma əlində smartfon pozğun videolara baxan, qorxunc oyunlar oynayan, vaxtını bir-birinə şit və tərbiyəsiz videolar göndərməklə keçirənləri kütləvi görürük”.
Ekspert əlavə edib ki, azyaşlı uşaqların əlinə bahalı smartfonlar alıb verib və yaxalarını kənara çəkiblər: 
Aynurə Demokrat.az


