"Bu və ya digər şəxs barəsində cinayət istintaqı gedirsə, ekstradisiya ilə bağlı mənfi cavab birmənalıdır..." "Saakaşvili ukraynalı hüquqşünaslar tərəfindən Gürcüstanda dindirilə bilər..." "Sabiq prezidentin vəziyyəti vəkillərinin dediyi kimi kritik deyil..." Ukraynanın Ədliyyə Nazirliyi Gürcüstanın Ədliyyə Nazirliyinə Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvilinin dindirilməsi üçün Kiyevə ekstradisiya edilməsinə imkan yaradılması xahişi ilə müraciət etməyib. Demokrat.az xəbər verir ki, bu barədə "İmedi" telekanalının efirində Gürcüstanın Ədliyyə Naziri Rati Breqadze bəyan edib. "Bu qəbildən olan rəsmi xahiş almamışıq, lakin belə xahiş olsa belə, imtina etmək üçün əsaslar, o cümlədən əgər bu və ya digər şəxs barəsində cinayət istintaqı gedirsə, mənfi cavab birmənalıdır. Məlum olduğu kimi, Saakaşvili iki cinayət işi ilə bağlı məhkum edilib və daha üç iş üzrə məhkəmə prosesləri keçirilir", - nazir deyib. Bu zaman Breqadze Saakaşvilinin Gürcüstanda ukraynalı hüquqşünaslar tərəfindən dindirilməsinin mümkünlüyünü istisna etməyib. "Saakaşvili üçün cəzanın icrasının təxirə salınmasının yeganə nəzəri ehtimalı Gürcüstan məhkəməsinin müvafiq tibbi rəyə əsaslanan qərarıdır", - Breqadze deyib. O, qeyd edib ki, 5 aydır "Vivamed" mülki kinikasında olan Saakaşvilinin vəziyyəti onun vəkillərinin bəyan etdiyi kimi kritik deyil. Bundan öncə ötən həftə vəkil Şalva Xaçapuridze jurnalistlərə bəyan edib ki, Saakaşvili həyatla ölüm arasındadır". Vəkil məlumat verib ki, Ukraynanın Ədliyyə Nazirliyi Saakaşvilinin Kiyevə ekstradisiya edilməsi xahişi ilə müraciət edib.
"Saakaşvili Ukraynaya verilməyəcək" — Gürcüstanın Ədliyyə Nazirliyi
Demokrat.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!


