“Sahibkarlar gəlir çox olan yerlərdə bina tikirlər”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov deyib.
“Aydındır ki, Bakıda gəlir daha çoxdur. Ona görə də, sahibkarlar istəyirlər ki, Bakıda bina tiksinlər. Rayonlarda tikintini sifariş verən dövlət olmalıdır. Əlbəttə ki, regionlarda tikinti aparılsa, xüsusilə də, sosial mənzillər verilərsə gənclərə bu həm Bakını yüngülləşdirər, həm də regionların inkişafına müsbət təsir edər. Ancaq dövlət orqanlarında işləyənlərin də təəssüf ki, çox hissəsi bunda maraqlı deyillər. Çünki belə layihələrdə korrupsiya olur, onlar maraqlıdırlar ki, belə layihələr Bakıda olsun”.
Aynurə Demokrat.az


