Region

Rusiya ilə Türkiyə prezidentlərinin görüşü başa çatdı — YENİLƏNİB

Rusiya ilə Türkiyə prezidentlərinin görüşü başa çatdı — YENİLƏNİB

Rusiya Prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla Astanadakı görüşü başa çatıb.

Görüş 1 saat yarım davam edib.

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, siyasi məhdudiyyətlərə baxmayaraq, Türkiyə ilə Rusiya rəhbərliyi arasında müntəzəm görüşlər baş tutur, bu görüşlər və təmaslar yaxşı nəticələr verir.

Mənbə: TASS

14:12

Astanada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putinin Asiyada Əməkdaşlıq və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısı çərçivəsində görüşü keçirilir.

Demokrat.az “TRTHaber”ə istinadla xəbər verir ki, görüşdə ikitərəfli münasibətlər, enerji sahəsində əməkdaşlıq, Ukraynadakı müharibə və Suriya ilə bağlı məsələlər müzakirə olunur.

Liderlər Rusiya-Ukrayna müharibəsi və atəşkəs prosesi, həmçinin Qara dəniz taxıl dəhlizi məsələsini müzakirə etdikləri bildirilib.

D
demokrat.az