Xarici siyasət

Makronun xanım müşaviri Bakıya "dad çəkib, şivən qopardı"

Makronun xanım müşaviri Bakıya dad çəkib, şivən qopardı

Fransa Azərbaycan-Ermənistan sərhədi ilə bağlı ermənipərəst mövqeyini yenidən təkrarlayıb.

Demokrat.az “Sputnik armenia” saytına istinadla xəbər verir ki, Fransa Prezident Administrasiyasının müşaviri İzabel Dümon Ermənistan müdafiə naziri Suren Papikyanla İrəvanda görüşüb.

İ.Dümon görüşdə rəsmi İrəvanın mövqeyini müdafiə edib və bildirib ki, "Azərbaycan Silahlı Qüvvələri Ermənistan ərazisini tərk etməlidir".

Fransalı diplomat mövcud problemlərin sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Azərbaycan ordusunun Ermənistanın işğal dövründə irəli çəkdiyi dövlət sərhədini bərpa etməsi İrəvanla yanaşı, ermənipərəst ölkələri də narahat edir. Ermənistanı müdafiə edən Fransa Azərbaycanın geri çəkilməsini istəyən əsas ölkələrdən biridir. Rəsmi Bakı qoşunların bərpa edilən dövlət sərhədindən geri çəkilməyəcəyini ən yüksək səviyyədə bəyan edib. Fransanın da iştirak etdiyi Praqada görüşündə də Azərbaycan haqlı mövqeyindən geri çəkilməyib. (publika.az)

D
demokrat.az