“Son zamanlar müşahidə edirik ki, cəmiyyətdə aqressiya artıb. Yəni, şiddət, aqressiya, empati gücünün azalmağını müşahidə edirik. Çünki insanların həm sosial vəziyyətlərinin yaxşı olmaması, bunu dilə gətirə bilməmələri, müəyyən problemlərə reaksiya verə bilməmələri artıq onları elə bir hala gətiribdir ki, onlar bu aqressiyasını, şiddəti, basqını evdə göstərirlər. Uşaqlar da bunların şahidi olduğu üçün onlar da qəzəb və şiddət yığırlar. Nəticədə bu qəzəb gəlib onların öz həmyaşdıları ilə münasibətlərində partlayır, çünki uşaq dinlənilmir. Uşağa vaxt ayırmaq, təlim-tərbiyə vermək əvəzinə çox vaxt qazanc dalınca düşürlər”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında psixoloq Vəfa Əkbər deyib. Psixoloq əlavə edib ki, ailədə anlaşılmazlıqlar, sevgisiz qurulan münasibətlər, ancaq uşaqların xətrinə dözülən və davam edilən evliliklər, nəticədə qəzəb, hiss, qaşqabaqlıq narazıçılıq yaradır.
“Uşaqlar da gözlərini açır bunlarla qidalanır və qidalandıqları bu olduğu üçün qəzəb onlara ən tanış və ən xoş duyğu olur. Nəticədə partlayanda ilk göstərdikləri münasibət bu olur. Məsələnin digər tərəfi odur ki, valideynlərlə uşaqlar arasında böyük bir uçurum yaranıb. Nəzərə alsaq ki, son 12 ildə hər şeydə sürətlə inkişaf gedir. Həmçinin texnikaların, sosial şəbəkələrin sürətlə sayının artmasını və insanların həm virtual sosiallaşmasını görürük. Bütün bunlar da informasiyanın daha tez əldə olunmasına səbəb olur. Nəticədə bu səbəbdən də valideynlər qəbullana bilmirlər ki, onları 10-15 yaşındakı övladlarına 10-15 yaşındakı kimi davranmamalıdırlar. Çünki artıq onlar daha məlumatlıdırlar, daha informativdilər, daha çox bilirlər. O bilikləri də yaşlarından dolayı tətbiq edə bilmədikləri üçün, nümayiş etdirə bilmədikləri üçün onlarda o qəzəbə çevrilir. Nəticədə valideyn-uşaq münasibətlərinin kontaktını pozur. Beləliklə, “Z” uşağı ilə keçmiş nəsil arasında böyük uçurum yaranır. Nəticədə uşaqlar bunu hirslə, əsəblə büruzə verirlər. Bunların da çıxış yolu çoxdur”.
Aynurə Demokrat.az


